Sabah yağış yağacaq

Cəmiyyət Xəbər 21 Oktyabr 2026 12:27 (UTC +04:00)
Sabah yağış yağacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 22-də ölkə ərazisində arabir yağış yağacaq.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti