Çempionlar Liqası: “Sabah” - “Borussiya” matçında ilk hissə başa çatıb - 1:1 (YENİLƏNİB)

İdman Xəbər 20 Oktyabr 2026 20:55 (UTC +04:00)
Çempionlar Liqası: “Sabah” - “Borussiya” matçında ilk hissə başa çatıb - 1:1 (YENİLƏNİB)
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

“Sabah”-"Borussia Dortmund" matçında ilk hissə başa çatıb.

Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Qarşılaşmaının 10-cu dəqiqəsində dortmundlular Seru Qirassinin qolu ilə hesabı açıblar. Coy-Lens Mikelsin 30-cu dəqiqədə “Borussiya”nın qapısına vurduğu qol ofsayt səbəbindən qeydə alınmayıb. 39-cu dəqiqədə "bayquşlar"ın müdafiəçisi Makkarti fərqlənərək hesabı 1:1 edib.

XXX

20:55

Bakı Olimpiya Stadionunda “Sabah” və Dortmundun “Borussiya” komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunu başlayıb.

Saat 20:45-də start götürən qarşılaşmanı ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas idarə edir.

Qeyd edək ki, hər iki komandanın aktivində ilk iki turdan sonra üç xal var.

Turnir cədvəlində “Sabah” 22-ci, “Borussiya” isə 18-ci yerdə qərarlaşıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti