Avropada müharibə başlayarsa, ABŞ-nin planı məlum oldu

Dünya xəbərləri Xəbər 20 Oktyabr 2026 10:10 (UTC +04:00)
Avropada müharibə başlayarsa, ABŞ-nin planı məlum oldu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Quru Qoşunları Avropa ərazisində mümkün hərbi münaqişə baş verəcəyi təqdirdə yüzlərlə aerostatdan istifadə etməyi planlaşdırır.

Bu barədə “War Zone” portalı ABŞ ordusunun briqada generalı Stiven Karpenterə istinadən məlumat yayıb.

Aerostat – havadan yüngül qazla doldurulan və havada saxlanılan uçan qurğudur. Adətən böyük şara bənzəyir və müşahidə, rabitə, radar sistemlərinin yerləşdirilməsi kimi məqsədlər üçün istifadə olunur.

“Avropa ssenarisi çərçivəsində yüzlərlə, bəlkə də minlərlə aerostat şərq istiqamətinə göndəriləcək”, – deyə məqalədə bildirilir.

Karpenter yazır ki, aerostatlar təkcə “aldadıcı hədəflər” rolunu oynamayacaq, həm də rabitə siqnallarının ötürülməsi, elektron kəşfiyyat və havadan zərbələrin endirilməsi üçün platforma kimi istifadə olunacaq.

Bundan əvvəl “Politico” qəzeti NATO-nun Rusiya ilə mümkün müharibə vəziyyətində tələb olunacaq qüvvələr və silahlarla bağlı danışıqlara başladığını yazmışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti