Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatar reysləri artırılır

Cəmiyyət Xəbər 19 Oktyabr 2026 09:37 (UTC +04:00)
Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatar reysləri artırılır
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 7, 8, 9 və 10-da Bakı–Qəbələ–Bakı marşrutu üzrə həm gediş, həm də dönüş reysləri təşkil olunacaq.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, reyslər ardıcıl dörd qeyri-iş günündə sərnişin tələbatını qarşılamaq məqsədilə həyata keçiriləcək.

Biletləri ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol kassalarından əldə etmək mümkündür.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti