Bakı. Trend:
“Real Madrid” İspaniya çempionatının IX turunda doğma meydanda “Sevilya”nı 4:1 hesabı ilə məğlub edib.
Qalib komandanın heyətində Arda Gülər (30-cu dəqiqə), Kilian Mbappe (37, 63) və Yan Dyomande (82) fərqləniblər. Fransa millisinin hücumçusu penalti zərbəsini “Panenka” üslubunda yerinə yetirərək dubl edib. Məğlub komandanın yeganə qolunu Manuel Bueno (80) vurub.
“Real” Vinisiusun diskvalifikasiyasından sonra ilk oyununu keçirib. Braziliyalı hücumçu ötən turda “Vilyarreal”la qarşılaşmada (1:0) rəqib komandanın kanadalı yarımmüdafiəçisi Neytan Salibanın saçından tutduğuna görə cəzalandırılıb.