Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub

İdman Xəbər 18 Oktyabr 2026 21:34 (UTC +04:00)
Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub.

Son oyun günündə iki matç keçirilib.

Günün ilk görüşündə Yevlax şəhər stadionunda “İmişli” və “Turan Tovuz” komandaları üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər görüşdə isə “Kəpəz” Gəncədə “Zirə”ni qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Şamaxı” “Şəfa”ya 3:2, “Sumqayıt” “Araz-Naxçıvan”a 2:1, “Sabah” isə “Qəbələ”yə 4:0 hesabı ilə qalib gəlib. “Qarabağ” və “Neftçi” arasında keçirilən görüşdə isə 3:3 hesablı heç-heçə qeydə alınıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti