“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub – Çempionlar Liqası

İdman Xəbər 18 Oktyabr 2026 14:04 (UTC +04:00)
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub – Çempionlar Liqası
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Sabah” və Almaniyanın “Borussiya Dortmund” komandası arasında keçiriləcək III tur oyununa hakim təyinatları açıqlanıb.

UEFA-nın rəsmi saytının bildirdiyinə görə, görüşü İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Xavyer Alberola Roxas olacaq. Ona yan xətt hakimləri Alfredo Rodriges Moreno və Karlos Alvares Fernandes kömək edəcəklər. Dördüncü hakim funksiyasını Viktor Qarsiya Verdura yerinə yetirəcək. VAR hakimi Sesar Soto Qrado, onun köməkçisi isə Valentin Qomes olacaq.

Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:45-də start götürəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti