Bakı. Trend:
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib.
Türkiyə Milli Müdafiə Nazirliyinin bazar günü etdiyi sosial mediada paylaşımında Azərbaycan xalqına təbriklər yer alıb.
Paylaşımda deyilir: "Qardaş Azərbaycanın Müstəqillik Gününü təbrik edir, azərbaycanlı türk qardaşlarımızı səmimi-qəlbdən salamlayırıq".
Paylaşım Türkiyə və Azərbaycanın Dövlət bayraqları fonunda edilib.
