"Borussiya Dortmund" Bundesliqada xal itirib

İdman Xəbər 17 Oktyabr 2026 19:48 (UTC +04:00)
"Borussiya Dortmund" Bundesliqada xal itirib

Bakı. Trend:

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Sabah”ın qonağı olacaq “Borussiya Dortmund” Almaniya Bundesliqasında növbəti oyununu keçirib.

Sözügedən komanda VI turda səfərdə "Yunion Berlin"in qonağı olub. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb - 0:0.

Bu nəticədən sonra xallarını 14-ə çatdıran Dortmund təmsilçisi turnir cədvəlinin ilk pilləsinə yüksəlib.

Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Borussiya Dortmund" görüşü saat 20:45-də başlayacaq.

Xəbər lenti

Xəbər lenti