Lökbatan qəsəbəsində obyektdə yanğın baş verib - FHN (FOTO)

Hadisə Xəbər 18 Oktyabr 2026 12:23 (UTC +04:00)
Lökbatan qəsəbəsində obyektdə yanğın baş verib - FHN (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 100kv.m. olan anbarda baş vermiş yanğın genişlənərək bitişik yerləşən digər anbarlara yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində anbarın yanar konstruksiyaları 40kv.m. sahədə yanıb.

Xəsarət alan olmayıb.

Digər anbarlar yanğından mühafizə olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti