Liviyada hərbi düşərgədə partlayış nəticəsində 7 nəfər həlak olub

Dünya xəbərləri Xəbər 19 Oktyabr 2026 02:31 (UTC +04:00)
Liviyada hərbi düşərgədə partlayış nəticəsində 7 nəfər həlak olub

Bakı. Trend:

Liviyanın qərbində yerləşən Zaviyə şəhərində hərbi düşərgədə baş verən partlayış nəticəsində yeddi nəfər həlak olub.

Bu barədə “Libia Press” portalı məlumat yayıb.

Məlumata görə, hadisə Əl-Harşa bölgəsindəki Radar düşərgəsində təlim zamanı baş verib. Həlak olanlar Təhlükəsizlik Təhdidlərinin İdarə Edilməsi Xidmətinin rəisi Məhəmməd Bəhrunun tabeliyindəki bölmələrin üzvləri olub.

Portalın məlumatına əsasən, yaralananlar arasında Bəhrunun nəzarətində olan həbsxanalara məsul şəxs də var. O, ağır yaralanıb.

Qeyd edək ki, Zaviyə şəhəri son dövrlərdə əraziyə nəzarət uğrunda mübarizə aparan silahlı qruplar arasında toqquşmaların baş verdiyi məkanlardan birinə çevrilib. Toqquşmalar yolların bağlanmasına və infrastrukturun fəaliyyətində problemlərə səbəb olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti