“Latsio” “Yuventus”u üç cavabsız qolla məğlub edib

İdman Xəbər 19 Oktyabr 2026 01:25 (UTC +04:00)
“Latsio” “Yuventus”u üç cavabsız qolla məğlub edib

Bakı. Trend:

“Latsio” futbol klubu İtaliya çempionatının VII turunda səfərdə “Yuventus”u 3:0 hesabı ilə darmadağın edib.

Qolları Oliver Provstqor (37-ci dəqiqə), Qustav İsaksen (66) və Fisayo Dele-Başiru (89) vurublar. Diskvalifikasiya səbəbindən “Yuventus”un baş məşqçisi Luçano Spaletti görüşü buraxıb.

“Latsio” xallarının sayını 19-a çatdıraraq İtaliya çempionatının turnir cədvəlinə liderlik edən “İnter”lə xallarını bərabərləşdirib. “Yuventus” isə 11 xalla 8-ci pillədə qərarlaşıb.

Növbəti turda “Latsio” oktyabrın 24-də “Parma”nı qəbul edəcək. “Yuventus” isə bir gün sonra səfərdə “Leççe” ilə qarşılaşacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti