ABŞ "Starlink"ə mümkün məhdudiyyətlərə qarşı Aİ-ni sərt cavabla hədələyib

Dünya xəbərləri Xəbər 19 Oktyabr 2026 00:54 (UTC +04:00)
ABŞ "Starlink"ə mümkün məhdudiyyətlərə qarşı Aİ-ni sərt cavabla hədələyib

Bakı. Trend:

Amerika texnologiya şirkətlərinə, o cümlədən “Starlink” şirkətinə qarşı proteksionist tədbirlər tətbiq edəcəyi təqdirdə, Avropa İttifaqı (Aİ) ABŞ-nin dağıdıcı cavabı ilə üzləşə bilər.

Bu barədə “Financial Times” (FT) qəzeti ABŞ-ın Aİ-dəki daimi nümayəndəsi Endryu Pazderə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Brüssel ehtiyatlı davranmalı və Amerika bazarının miqyasını nəzərə alaraq Vaşinqtonun mümkün sərt cavabını diqqətdə saxlamalıdır.

“Əgər məqsəd ABŞ-ın rəqabət qabiliyyətini azaltmaqdırsa, məncə, bu, bu cür qanunvericilik üçün legitim məqsəd deyil. Amerika şirkətlərinin rəqabət qabiliyyətini azaltmaqla Avropa şirkətlərinin rəqabət qabiliyyətini artırmaq mümkün deyil”, - deyə diplomat bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti