Fransada baş verən iğtişaşlar zamanı təxminən 2400 nəfər saxlanılıb

Dünya xəbərləri Xəbər 19 Oktyabr 2026 04:29 (UTC +04:00)
Fransada baş verən iğtişaşlar zamanı təxminən 2400 nəfər saxlanılıb

Bakı. Trend:

Fransa polisi oktyabrın 17-də yaşayış xərclərinin artmasına qarşı keçirilən, iğtişaşlar və dağıntılarla müşayiət olunan kütləvi etiraz aksiyaları zamanı 2 397 nəfəri saxlayıb.

Bu barədə Agence France-Presse (AFP) respublikanın Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən xəbər verib.

Nazirliyin məlumatına görə, toqquşmalar nəticəsində polis və jandarm qüvvələrinin 997 əməkdaşı xəsarət alıb, onlardan 7-si ağır yaralanıb.

Qeyd edək ki, oktyabrın 17-də Parisdə və bütün Fransada yanacaq qiymətlərinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirildi.

Xəbər lenti

Xəbər lenti