Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirib.
Bu barədə ABŞ Prezidenti “Truth Social” sosial şəbəkəsində yazıb.
“Mən Rusiya ilə Ukrayna arasındakı müharibədə sülhə nail olmaq üçün danışıqlar aparıram və Rusiyanı danışıqlar masasından uzaqlaşdıra biləcək hər hansı düşünülməmiş addım atmaq istəmirəm. Böyük irəliləyiş əldə olunub”, - deyə o bildirib.