Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri ötən həftə müxtəlif hadisələrlə əlaqədar 4 nəfərin meyitini aidiyyəti üzrə təhvil verib.
FHN-dən verilən məlumata görə, meyitlər bağlı qapı arxasında qalma, avtomobil qəzaları və digər hadisələrlə bağlı həyata keçirilən əməliyyatlar zamanı təhvil verilib.
Həftə ərzində nazirliyin qüvvələri tərəfindən 8-i azyaşlı olmaqla 31 nəfər xilas edilib.
“112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında 149 yanğına çıxış edilib, 27 köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
