Bakıda avtomobil qəza nəticəsində səkiyə çıxaraq qadını vurub öldürüb

Hadisə Xəbər 19 Oktyabr 2026 09:28 (UTC +04:00)
Bakıda avtomobil qəza nəticəsində səkiyə çıxaraq qadını vurub öldürüb
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Bakının Xətai rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində piyada ölüb.

Trend-in məlumatına görə, hadisə oktyabrın 18-də saat 15 radələrində Gəncə prospektində qeydə alınıb.

Belə ki, Əkbər Novruzovun idarə etdiyi minik avtomobili Emil İsgəndərovun idarə etdiyi minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən Emil İsgəndərovun avtomobili yoldan çıxaraq səki ilə hərəkət edən 1981-ci il təvəllüdlü Elzanə Əliyevanı vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti