Fransanın DİN rəhbəri istefa verdiyini elan edib

Dünya xəbərləri Xəbər 19 Oktyabr 2026 10:01 (UTC +04:00)
Fransanın DİN rəhbəri istefa verdiyini elan edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Fransanı cənginə alan etirazlar və zorakı iğtişaşlar fonunda ölkənin daxili işlər naziri Loran Nunyes istefa ərizəsini təqdim edib.

Bu barədə "France Info" xəbər yayıb.

Nazirin istefa ərizəsini təqdim etməsinə baxmayaraq, Fransanın Prezidenti Emmanuel Makron onun istefasını qəbul etməyib.

Yelisey sarayından bildirilib ki, Makron bu qərarı “mövcud şəraitdə asayış və hüquq-mühafizə qüvvələrinin fəaliyyətinə fasiləsiz rəhbərliyin təmin edilməsinin zəruriliyini nəzərə alaraq” qəbul edib.

Prezident Nunyesə ən qısa zamanda asayışın bərpası ilə bağlı yeni tədbirlər görməyi və zorakılığa gətirib çıxaran proqnozlaşdırma və məlumatlandırmadakı uğursuzluqlarla bağlı şəffaflığın təmin edilməsi üçün bütüb lazımı ölçüləri götürməyi tapşırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti