Bakı.Trend:
Türkiyənin İstanbul şəhərind leysan yağışlar və onların yaratdığı fəsadlar nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Bu barədə İstanbul valiliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, oktyabrın 19-da İstanbulun Avropa hissəsində, Ayvansaray körpüsü yaxınlığında yerli sakinin meyiti aşkarlanıb. Bildirilib ki, itkin düşmüş hesab edilən daha bir nəfərin axtarışları davam etdirilir.
Oktyabrın 14-də İstanbulda güclü yağışlar yağıb. Yağışlar şəhərin bir neçə rayonunda daşqın və torpaq sürüşmələrinə səbəb olub.
