Braziliyada prezidentliyə namizəd mərc qalmaqalına görə araşdırılır

Dünya xəbərləri Xəbər 19 Oktyabr 2026 10:53 (UTC +04:00)
Braziliyada prezidentliyə namizəd mərc qalmaqalına görə araşdırılır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Braziliya Federal Polisi prezidentliyə namizəd, senator Flavio Bolsonaro barəsində araşdırmaya başlayıb.

Bu barədə “O Globo” qəzeti yazır.

Bolsanor çirkli pulların yuyulması sxemində iştirakda şübhəli bilinir.

Hüquq mühafizə orqanları Bolsonaronun vəkili Viller Tomazın “Rede Loto” adlı mərc şirkətinə nəzarət etdiyini müəyyən edib. Hazırda polis siyasətçinin vəkili ilə birlikdə qanunsuz onlayn mərc oyunları ilə bağlı işin davamı olaraq ortaya çıxan çirkli pulların yuyulması sxemində iştirak edib-etmədiyini araşdırır.

Bolsonaronun özü mərc oyunları ilə bağlı işdə hallanmır. Bununla belə, hüquqşünas onlayn kazinolarda ümumi dövriyyəsi təxminən 10 milyard real (təxminən 1,8 milyard dollar) olan şübhəli əməliyyatlara görə hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib.

“O Globo” qəzetinin məlumatına görə, polis tərəfindən aşkarlanan elektron məktublardan biri Bolsonaronun Tomazla birgə istifadə etdiyi bank hesabında “əsas istifadəçi” kimi qeydiyyatdan keçdiyini göstərir. Tomaz isə dələduzluqda mümkün iştirakı ilə bağlı araşdırmada adı hallanan şəxslərdən biridir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti