Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti Azərbaycan energetiklərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Təltif edilən şəxslər arasında “Azərenerji”, “Azərişıq” və “Azəristiliktəchizat”da rəhbər vəzifələrdə çalışan şəxslər də var.
Sərəncama əsasən, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini Ziyəddin Quliyev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Sərəncamla “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev, “Azərişıq” ASC-nin sədrinin birinci müavini Ramil Yusifov və “AzərEnerji” ASC-nin Qarabağ Regional Elektrik Şəbəkəsinin direktoru Mircəlal Hüseynov isə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunublar.
