Bakı. Trend:
Bakıda ilk dəfə innovativ və immersiv “Time Pavilion” muzeyinin açılışı olub.
Trend-in müxbiri xəbər verir ki, muzey “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir.
Keçmişlə bu günü birləşdirən yeni məkan ziyarətçilərə tarixlə daha interaktiv, maraqlı və yaddaqalan formada tanış olmaq imkanı təqdim edir.
Muzeydə “Zamanda səyahət” təcrübəsi çərçivəsində ziyarətçilər 100 il əvvəlki Bakıya səyahət edə bilirlər. Təcrübə 40 dəqiqə davam edir.
Ziyarət qəbul bölməsindən başlayır. Həm yerli qonaqlar, həm də turistlər üçün nəzərdə tutulan məkanda bələdçi dəstəyi də mövcuddur.
Muzeydə uşaqlar üçün biletin qiyməti 13 manat, standart bilet 22 manat, turist bileti isə 28 manatdır.
Dörd nəfərlik qrup halında gələnlər üçün biletin qiyməti adambaşına 16 manat təşkil edir.
