Bakı.Trend:
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan bitumlu süxurlardan alınan 15,830 milyon ton xam neft və neft məhsulları ixrac edib. İxracın dəyəri 10,103 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
Trend-in qurumun məlumatları əsasında apardığı hesablamalara görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 1,164 milyard ABŞ dolları və ya 13 faiz artıb. Bununla yanaşı, ixracın həcmi 1,166 milyon ton və ya 6,9 faiz azalıb.
Hesabat dövründə Azərbaycan neftinin ən böyük alıcısı İtaliya olub. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan bu ölkəyə 8,881 milyon ton xam neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac edilib. İxracın dəyəri 5,511 milyard ABŞ dolları təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 518 milyon ABŞ dolları və ya 10,4 faiz artıb, tədarükün həcmi isə 708 min ton və ya 7,4 faiz azalıb.
Azərbaycanın 2026-cı ilin yanvar-sentyabr aylarında bitumlu süxurlardan alınan xam neft və neft məhsulları ixrac etdiyi ölkələrin siyahısını təqdim edirik:
|
Ölkə |
İdxal həcmi (ton) |
İdxal dəyəri (min ABŞ dolları) |
|
İtaliya |
8 881 441,48 |
5 511 082 120 |
|
Çexiya |
1 326 505,29 |
908 481 160 |
|
Rumıniya |
1 014 014,22 |
644 318 310 |
|
Hindistan |
524 337,96 |
399 206 990 |
|
Almaniya |
627 441,82 |
395 749 800 |
|
Tunis |
429 376,15 |
266 294 270 |
|
Bolqarıstan |
358 842,99 |
253 113 500 |
|
İndoneziya |
356 500,04 |
224 640 090 |
|
Portuqaliya |
395 031,62 |
221 958 010 |
|
İsveçrə |
272 501,37 |
193 596 320 |
|
Digər |
1 643 596,98 |
1 085 041 940 |
İxracın dəyərinə görə ikinci yeri Çexiya tutub. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan Çexiyaya 1,326 milyon ton bitumlu süxurlardan alınan xam neft və neft məhsulları ixrac edilib. İxracın dəyəri 908,5 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 207,1 milyon ABŞ dolları və ya 29,5 faiz artıb, tədarükün həcmi isə 18 min ton və ya 1,4 faiz yüksəlib.
Üçüncü yerdə Rumıniya qərarlaşıb. 2026-cı ilin ilk doqquz ayında Azərbaycan bu ölkəyə bitumlu süxurlardan alınan 1,014 milyon ton xam neft və neft məhsulları ixrac edib. İxracın dəyəri 644,3 milyon ABŞ dolları olub. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 215 milyon ABŞ dolları və ya 50,1 faiz artıb, tədarükün həcmi isə 235,4 min ton və ya 30,2 faiz yüksəlib.
Dördüncü yerdə Hindistan qərarlaşıb. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan Hindistana bitumlu süxurlardan alınan 524,3 min ton xam neft və neft məhsulları ixrac edilib. İxracın dəyəri 399,2 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 345,7 milyon ABŞ dolları və ya 7,5 dəfə artıb, tədarükün həcmi isə 416,8 min ton və ya 4,9 dəfə yüksəlib.
İxracın dəyərinə görə beşinci yeri Almaniya tutub. 2026-cı ilin ilk doqquz ayında Azərbaycan bu ölkəyə 627,4 min ton xam neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac edib. İxracın dəyəri 395,7 milyon ABŞ dolları olub. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 49,6 milyon ABŞ dolları və ya 11,1 faiz azalıb, tədarükün həcmi isə 214,5 min ton və ya 25,5 faiz aşağı düşüb.
Altıncı yerdə Tunis qərarlaşıb. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan Tunisə 429,4 min ton bitumlu süxurlardan alınan xam neft və neft məhsulları ixrac edilib. İxracın dəyəri 266,3 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 164 milyon ABŞ dolları və ya 2,6 dəfə artıb, tədarükün həcmi isə 242,4 min ton və ya 2,3 dəfə yüksəlib.
Yeddinci yerdə Bolqarıstan qərarlaşıb. 2026-cı ilin ilk doqquz ayında Azərbaycan bu ölkəyə 358,8 min ton xam neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac edib. İxracın dəyəri 253,1 milyon ABŞ dolları olub. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 204,9 milyon ABŞ dolları və ya 5,2 dəfə artıb, tədarükün həcmi isə 279,5 min ton və ya 4,5 dəfə yüksəlib.
Səkkizinci yeri İndoneziya tutub. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan İndoneziyaya 356,5 min ton xam neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac edilib. İxracın dəyəri 224,6 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 152,5 milyon ABŞ dolları və ya 3,1 dəfə artıb, tədarükün həcmi isə 225,6 min ton və ya 2,7 dəfə yüksəlib.
İxracın dəyərinə görə doqquzuncu yeri Portuqaliya tutub. 2026-cı ilin ilk doqquz ayında Azərbaycan bu ölkəyə bitumlu süxurlardan alınan 395 min ton xam neft və neft məhsulları ixrac edib. İxracın dəyəri 222 milyon ABŞ dolları olub. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 163,1 milyon ABŞ dolları və ya 42,4 faiz azalıb, tədarükün həcmi isə 319,3 min ton və ya 44,7 faiz aşağı düşüb.
İlk onluğu İsveçrə tamamlayır. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan İsveçrəyə 272,5 min ton xam neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac edilib. İxracın dəyəri 193,6 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 139,7 milyon ABŞ dolları və ya 3,6 dəfə artıb, tədarükün həcmi isə 182,8 min ton və ya 3 dəfə yüksəlib.
