Rusiyada hökumətin tərkibi dəyişir

Dünya xəbərləri Xəbər 19 Oktyabr 2026 14:32 (UTC +04:00)
Rusiyada hökumətin tərkibi dəyişir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiya hökumətində kadr dəyişiklikləri Nazirlər Kabinetinin fəaliyyətinin səmərəliliyini artırmaq və makroiqtisadi sabitliyi qorumaq məqsədi daşıyır.

RBK-nin məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hökumətdə aparılan kadr dəyişikliklərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, hökumətdə rotasiya normal prosesdir və baş nazir Mixail Mişustin Nazirlər Kabinetinin səmərəli fəaliyyətini təmin etmək üçün zəruri hesab etdiyi dəyişiklikləri təşəbbüs edir.

Peskov maliyyə nazirliyinin rolunun artırılmasının hazırkı iqtisadi şəraitdə büdcə intizamının və makroiqtisadi sabitliyin qorunması baxımından əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Mişustin prezident Vladimir Putinə bir sıra kadr dəyişiklikləri təklif edib. Təkliflərə əsasən, maliyyə naziri Anton Siluanovun nazir vəzifəsini saxlamaqla yanaşı, baş nazirin müavini təyin edilməsi, bundan başqa Primorsk diyarının qubernatoru Oleq Koçemyakonun baş nazirin müavini vəzifəsinə namizədliyi daxildir. Putin təklifləri dəstəkləyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti