Baş nazirin müavini təyin edilən Teymur Musayev kimdir? - DOSYE

Cəmiyyət Xəbər 19 Oktyabr 2026 11:41 (UTC +04:00)
Baş nazirin müavini təyin edilən Teymur Musayev kimdir? - DOSYE
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.

Trend Baş nazirin müavini Teymur Musayevin dosyesini təqdim edir:

Teymur Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. 1977–1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş konsulluğun nəzdində 1 saylı orta məktəbdə, sonradan 1981–1987-ci illərdə Bakı ş. 189 saylı orta məktəbdə təhsil alıb. 1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna qəbul olub. 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 25 dekabr 2000-ci ildə namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya komissiyasının qərarı ilə "tibb elmləri namizədi" elmi dərəcəsini alıb.

1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna qəbul olub. 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 25 dekabr 2000-ci ildə namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya komissiyasının qərarı ilə "tibb elmləri namizədi" elmi dərəcəsini alıb.

1994–1997-ci illərdə Bakı şəhəri 16 saylı poliklinikada sahə həkim-uroloq kimi fəaliyyət göstərib. 1997–2001-ci illərdə H. T. P.-hi tec Pharm İsrail klinikasının Bakı filialının tibbi direktoru olub və həkim-uroloq kimi işləyib. 2001–2003-cü illərdə "Azərbaycan Respublikasının İlk Reproduktiv Sağlamlıq" proqramının direktor müavini vəzifəsində çalışıb. 2003–2006-cı illərdə Baku City hospital özəl tibb mərkəzində həkim-uroloq, 2006–2015-ci illərdə N. Tusi adına Klinikada ardıcıllıqla həkim-uroloq, şöbə müdiri, baş həkimin müalicə işləri üzrə müavini, baş həkim, tibbi direktor vəzifələrində çalışıb. 2015–2016-cı illərdə "Baku Dobromed Hospital" özəl tibb mərkəzinin tibbi direktoru olub. 2016–2019-cu illərdə "Chenot Palace Gabala" kurortoloji mərkəzin tibbi direktoru vəzifəsində çalışıb. 2019–2020-ci ilin aprel ayına kimi "Spero Hospital" özəl tibb mərkəzində həkim-uroloq kimi fəaliyyət göstərib.

2020-ci ilin aprel ayından etibarən Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.

23 aprel 2021-ci ildə Prezident İlham Əliyev Teymur Yusif oğlu Musayevin Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. 19 yanvar 2022-ci ildə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti