Parisdə etirazçılar Luvr muzeyinin girişini bağlayıblar

Dünya xəbərləri Xəbər 19 Oktyabr 2026 15:31 (UTC +04:00)
Parisdə etirazçılar Luvr muzeyinin girişini bağlayıblar
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Parisdə tələbələr yuxarı sinif şagirdlərinin etirazlarını dəstəkləmək məqsədilə Luvr muzeyinin girişini bağlayıblar.

Bu barədə "Euronews" telekanalı məlumat yayıb.

Aksiya səbəbindən dünyanın ən böyük muzeyi qapılarını ziyarətçilərin üzünə aça bilməyib. Etiraz aksiyasına yaxınlıqda yerləşən Luvr Məktəbinin tələbələri də qoşulublar.

Məlumata görə, davam edən etirazlar, iğtişaşlar və toqquşmalar fonunda Fransanın Baş naziri Sebastyan Lekorn idarələrarası böhran mərkəzinin iclasını keçirəcək. Artıq bir sıra şəhərlərdə komendant saatı tətbiq olunub.

Xatırladaq ki, ötən həftəsonu Parisdə və Fransanın digər şəhərlərində yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi etiraz aksiyaları keçirilib. Təşkilatçıların qiymətləndirməsinə görə, aksiyalarda 800 min nəfər iştirak edib. Daxili İşlər Nazirliyi isə iştirakçıların sayının 550 min nəfər olduğunu açıqlayıb. Bu göstərici hüquq-mühafizə orqanlarının analitiklərinin proqnozlarından iki dəfə çox olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti