Ukrayna NATO-ya üzv olmalı deyil - Vens

Dünya xəbərləri Xəbər 20 Oktyabr 2026 09:41 (UTC +04:00)
Ukrayna NATO-ya üzv olmalı deyil - Vens
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ukraynanın NATO-ya üzv olmalı olduğunu düşünmürəm.

Bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens “2WAY” portalına müsahibəsində bildirib.

“Bildiyim qədəri ilə, bizim Ukrayna ilə rəsmi müttəfiqlik sazişimiz yoxdur. Ukrayna NATO-ya daxil deyil. Mən onun NATO-ya üzv olmalı olduğunu düşünmürəm. Hesab edirəm ki, bu, heyrətamiz ölkədir, çoxsaylı gözəl insanların yaşadığı möhtəşəm ölkədir. Biz bəzi məsələlərdə əməkdaşlıq edəcəyik, lakin müəyyən məsələlərdə mövqelərimiz fərqlənəcək”.

Maraqların ziddiyyətinə nümunə kimi o, Ukraynanın Rusiyadakı neft emalı zavodlarına endirdiyi zərbələri göstərib:

“Bəs, onların Rusiya ərazisində dizel yanacağının istehsalı ilə məşğul olan və nəticədə amerikalılar üçün enerji qiymətlərinin artmasına səbəb olan obyektlərə zərbələr endirməli olduqlarını hesab edirəmmi? Xeyr”.

Bununla yanaşı, vitse-prezident vurğulayıb ki, Vaşinqton bir sıra istiqamətlər üzrə Kiyevlə əməkdaşlığı davam etdirir.

Xatırladaq ki, NATO 1949-cu ildə yaradılıb. Hazırda hərbi blokun 32 üzvü var.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti