34 mindən çox iştirakçının rəyi: DİM imtahanları araşdırdı

Gündəm Xəbər 20 Oktyabr 2026 10:06 (UTC +04:00)
34 mindən çox iştirakçının rəyi: DİM imtahanları araşdırdı

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı il ərzində imtahan iştirakçılarının təcrübəsini, imtahan prosesinə münasibətini və bu münasibətə təsir edən psixoloji, sosial və informasiya amillərini araşdırıb.

Araşdırmanın əsas təhlili üç respondent qrupunu əhatə edib. Bunlar cari ilin 18 717 məzunu, əvvəlki illərin 592 məzunu və qəbul imtahanından sonra sorğuda iştirak edən 839 respondentdir.

Bundan əlavə, 2026-cı il ərzində müxtəlif imtahanlardan dərhal sonra keçirilən 64 sorğuda ümumilikdə 15 494 iştirakçının rəyi öyrənilib.

Sorğularda imtahan şəraiti, nəzarətçilərin fəaliyyəti, tapşırıqların anlaşıqlığı, texniki və təşkilati məsələlər, eləcə də iştirakçıların ümumi imtahan təcrübəsi ilə bağlı fikirləri toplanıb.

Əsas sorğular çərçivəsində subyektiv çətinlik, tapşırıqların anlaşıqlığı, imtahan sisteminə etimad, stress, sosial təzyiq, qəbul sistemi haqqında təsəvvürlər və ixtisas seçiminə təsir edən amillər təhlil edilib.

Araşdırma imtahan təcrübəsinin yalnız tapşırıqların xüsusiyyətləri və çətinlik səviyyəsi ilə məhdudlaşmadığını, müxtəlif psixoloji və sosial amillərlə də əlaqəli olduğunu göstərib. Təhlil zamanı imtahanın obyektiv çətinliyi ilə iştirakçıların onu subyektiv qiymətləndirməsi arasındakı fərqə də diqqət yetirilib.

Araşdırmanın nəticələri ilə DİM-in rəsmi saytında tanış olmaq mümkündür.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti