Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib (FOTO)

Cəmiyyət Xəbər 19 Oktyabr 2026 22:51 (UTC +04:00)
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib (FOTO)
Nicat İsmiyev
Nicat İsmiyev
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 19-da Arkadağ şəhərinin Göroğlu adına Dövlət Atçılıq Sirkində Türkmənistan Prezidentinin Ahal-təkə atçılıq kompleksinin əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib.

"Galkynyş" qrupu at üstündə mürəkkəb hərəkətlər nümayiş etdirərək, rəngarəng nömrələr ilə tamaşaçıların zövqünü oxşayıb.

Həmçinin Türkmənistan Dövlət Sirkinin və Arkadağ şəhərinin Göroğlu adına Dövlət Atçılıq Sirkinin artist və akrobatları maraqlı səhnələr ilə çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti