Bakı.Trend:
İspaniyada leysan yağışlarla müşayiət olunan əlverişsiz hava şəraiti nəticəsində azı 3 nəfər ölüb.
Bu barədə “El Pais” qəzeti məlumat yayıb.
Məlumata görə, sonuncu qurban Valensiya muxtar icmasında yaşayan 79 yaşlı qadın olub. Valensiya ilə yanaşı, Kataloniya və Balear adaları da əlverişsiz hava şəraitindən ciddi zərər çəkib.
Bundan əvvəl İspaniyanın Dövlət Meteorologiya Agentliyi güclü yağışlar səbəbindən ölkənin bəzi bölgələrində əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Yağışlar artıq daşqınlara və çayların məcrasından çıxmasına səbəb olub.
