Azərbaycan və BMT Xəzər dənizində suyun səviyyəsinin azalmasını müzakirə ediblər

Siyasət Xəbər 19 Oktyabr 2026 22:46 (UTC +04:00)
Azərbaycan və BMT Xəzər dənizində suyun səviyyəsinin azalmasını müzakirə ediblər
Nicat İsmiyev
Nicat İsmiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi məsələsi müzakirə olunub.

Bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “X” sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitri Şlapaçenko ilə keçirilən görüşdə regionun qarşılaşdığı ən ciddi ekoloji problemlərdən biri olan Xəzər dənizində suyun səviyyəsinin azalmasına beynəlxalq diqqətin artırılmasının vacibliyi vurğulanıb.

“Eyni zamanda, transsərhəd su ehtiyatlarının idarə olunması, quraqlığa hazırlıq, erkən xəbərdarlıq sistemləri və məlumat mübadiləsi sahələrində regional əməkdaşlığın genişləndirilməsini müzakirə etdik”, – deyə Muxtar Babayev bildirib.

Görüş zamanı, həmçinin COP31 və sonrakı dövr üçün müəyyən edilmiş prioritetlər istiqamətində əməkdaşlığın daha da gücləndirilməsi imkanları nəzərdən keçirilib.

Xəbər lenti

Xəbər lenti