Azərbaycan və BƏƏ hərbi hava qüvvələri arasında əməkdaşlığın inkişafı müzakirə olunub (FOTO )

Cəmiyyət Xəbər 19 Oktyabr 2026 19:21 (UTC +04:00)
Azərbaycan və BƏƏ hərbi hava qüvvələri arasında əməkdaşlığın inkişafı müzakirə olunub (FOTO )
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və BƏƏ hərbi hava qüvvələri arasında əməkdaşlığın inkişafı müzakirə olunub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 19-da müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanı general-mayor Rəşid Məhəmməd Əl-Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən birgə təlimlər və həyata keçirilən tədbirlərə dair ətraflı fikir mübadiləsi aparılıb, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Sonra qonaqlar müasir standartlara uyğun idarəetmə sistemləri ilə təchiz olunmuş təlimin qərargahında olub, aviasiya texnikalarına baxış keçiriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti