Kolumbiyada hərbi helikopter qəzaya uğrayıb

Dünya xəbərləri Xəbər 20 Oktyabr 2026 09:23 (UTC +04:00)
Kolumbiyada hərbi helikopter qəzaya uğrayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Kolumbiyada orduya məxsus "UH-60 Black Hawk" tipli hərbi helikopter qəzaya uğrayıb. İnsident hava gəmisi Popayan və İnza şəhərləri arasındakı marşrut üzrə şəxsi heyətin daşınması və təminat missiyasını həyata keçirərkən baş verib.

Bu barədə "Haber7" Kolumbiya KİV-lərinə istinadən məlumat yayıb.

Səlahiyyətlilərin açıqlamasında bildirilib ki, helikopterdə olan 4 ekipaj üzvü və 15 hərbçi yaralanıb. Onlardan 4-nün müxtəlif nahiyələrində sınıqlar olduğu, digər 15 nəfərin isə müxtəlif zərbələr və əzilmələr səbəbilə müalicəyə alındığı qeyd edilib.

Qəzadan sonra əraziyə göndərilən hərbi qruplar və təcili tibbi yardım əməkdaşları yaralılara ilkin tibbi yardım göstəriblər.

Ordu qəzanın səbəbinin müəyyənləşdirilməsi məqsədilə araşdırmaya başlanıldığını açıqlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti