ABŞ-də məsciddə atışma olub

Dünya xəbərləri Xəbər 20 Oktyabr 2026 01:52 (UTC +04:00)
ABŞ-də məsciddə atışma olub

Bakı. Trend:

ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində yerləşən məsciddə atəş açılıb.

Yerli WBNS telekanalının yaydığı məlumata görə, hadisə yerli vaxtla saat 14:10 radələrində baş verib.

İlkin məlumatlara əsasən, insident nəticəsində azı bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb. Yaralının səhhəti ilə bağlı hələlik ətraflı məlumat verilməyib.

ABŞ-ın Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı Maddələrə Nəzarət Bürosunun (ATF) Kolumbus bölməsi hadisə yerinə xüsusi agentlərin göndərildiyini açıqlayıb.

Polisin ilkin qiymətləndirməsinə görə, atışmanın məhz məscidi hədəf alan məqsədli hücum olduğu barədə məlumat hələlik təsdiqlənməyib.

Hadisənin başvermə səbəbləri və atəş açan şəxsin kimliyi ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti