Bakı. Trend:
Artıq kart və bank hesablarınızdakı məlumatları görmək üçün müxtəlif tətbiqlər arasında keçid etməyə ehtiyac yoxdur. Fərqli banklardakı hesablarınızı cəmi bir dəqiqəyə m10-a qoşun, balans və əməliyyat tarixçənizi bir tətbiqdən izləyin.
Məlumatlarınız yalnız razılığınız əsasında paylaşılır və icazəni istənilən vaxt geri götürə bilərsiniz. Azərbaycan Respublikasının Mərkəzi Bankının Açıq Bankçılıq imkanlarına əsaslanan xidmət hesab məlumatlarına yalnız baxmağa imkan verir. Ödəniş və pul köçürmələri isə müvafiq bankın tətbiqində həyata keçirilir.
Tətbiqi yükləyin: m10.onelink.me/WzYm/p4gk6cvf
m10 Azərbaycanın və Qafqazın ilk tam inteqrasiya edilmiş rəqəmsal ekosistemi olan Bir tərəfindən hazırlanmış rəqəmsal cüzdan və fintex həllidir. 2022-ci ildən istifadəyə verilmiş m10 fərdlər və bizneslər üçün maliyyə əməliyyatlarını sadələşdirməyi, vəsaitlərin idarə olunmasını və ödənişlərin həyata keçirilməsini təhlükəsiz və rahat şəkildə təmin etməyi hədəfləyir.