Türkiyədə Muğla bələdiyyəsində əməliyyat - Çox sayda saxlanılan var

Dünya xəbərləri Xəbər 20 Oktyabr 2026 14:40 (UTC +04:00)
Türkiyədə Muğla bələdiyyəsində əməliyyat - Çox sayda saxlanılan var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyənin Muğla vilayətinin Milas bələdiyyəsində rüşvət və tender saxtakarlığı iddiaları ilə bağlı istintaq çərçivəsində bələdiyyə sədri Fevzi Topuz və oğlu Doruk Topuz da daxil olmaqla, 35 şübhəli barəsində saxlanılma qərarı verilib.

“TRT Haber”in məlumatına görə, 13 vilayətdə eyni vaxtda keçirilən əməliyyatlar zamanı 29 şübhəli saxlanılıb. Milas bələdiyyəsində də axtarış aparılıb.

İstintaq zamanı 34 şirkətə aid 35 tender sənədinin saxta olduğu, 32 şirkətə isə ümumilikdə 33 iş təcrübəsi haqqında arayışın bələdiyyə tərəfindən təsdiqləndiyi müəyyən edilib. Ekspertiza saxta sənədlərdə bank hesabı, vergi identifikasiya nömrəsi və IBAN məlumatlarının üst-üstə düşdüyünü, eləcə də bəzi imzaların surətinin çıxarıldığını aşkarlayıb.

İstintaqa görə, faktiki olaraq yerinə yetirilmədiyi halda icra edilmiş kimi göstərilən işlərin ümumi tender dəyəri 2 milyard 579 milyon 555 min 355 türk lirəsi(təxminən 88,5 milyon manat) təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti