329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

Gündəm Xəbər 20 Oktyabr 2026 10:46 (UTC +04:00)
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu
Aysel Məmmədli
Aysel Məmmədli
Redaktor Bütün xəbərlər

Bakı. Trend:

Bakının Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında qida təhlükəsizliyi sahəsində pozuntular aşkarlanıb.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, müəssisədə keçirilən plandankənar yoxlama zamanı bağçanın qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, həmçinin sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Aşkar olunan nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub.

Bundan əlavə, mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.

Laborator müayinələrin nəticələri barədə məlumat açıqlanmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti