Bakı. Trend:
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçıları Şurasına bir il müddətinə sədrlik Özbəkistana keçib.
TASS xəbər verir ki, bu barədə Tacikistanın Baş naziri Kohir Rasulzoda Düşənbədə keçirilən ŞƏT Hökumət Başçıları Şurasının geniş tərkibdə iclasını yekunlaşdırarkən bildirib.
“Sədrlik Hökumət Başçıları Şurasında Özbəkistan Respublikasına keçir. Özbək dostlarımıza bu məsuliyyətli missiyanın yerinə yetirilməsində uğurlar arzulayıram”, – deyə o bildirib.
Qeyd edək ki, ŞƏT Hökumət Başçıları Şurasının 25-ci iclası Tacikistanın sədrliyi ilə Düşənbədə keçirilib. 2025-ci ildə ŞƏT-in qərarı ilə müşahidəçi və dialoq tərəfdaşı statusları ləğv edilərək vahid “ŞƏT tərəfdaşı” statusu yaradılmış və Azərbaycanın təşkilatdakı statusu bu formaya keçirilmişdir. [1, 2, 3]
