...

ŞƏT ölkələri tərəfdaş-dövlətlər statusu ilə bağlı qərar qəbul edib

Siyasət Materials 1 Sentyabr 2025 12:57 (UTC +04:00)
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Tiencin. Trend:

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzv dövlətləri “müşahidəçi” və “dialoq üzrə tərəfdaş” statustlarının vahid “ŞƏT tərəfdaşı” statusuna birləşdirilməsi barədə qərar qəbul ediblər.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu, sentyabrın 1-də Tiencin şəhərində baş tutmuş ŞƏT üzv dövlətləri başçılarının toplantısının sonunda qəbul olunmuş Tiencin bəyannaməsində öz əksini tapır.

Üzv dövlətlər, həmçinin, 2024–2025-ci illərdə Çinin ŞƏT-dəki sədrliyinin nəticələrini yüksək qiymətləndiriblər. Onların sözlərinə görə, bu, üzv dövlətlərin xalqları arasında qarşılıqlı anlaşmanın, etimadın, dostluğun və əməkdaşlığın dərinləşməsinə, eləcə də, təşkilatın nüfuzunun möhkəmlənməsinə töhfə verib.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan ŞƏT-də müşahidəçi ölkə statusu almaq üçün müraciət edib. Hazırda ölkə təşkilatın dialoq üzrə tərəfdaşı qismində çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti