Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub (FOTO)

Siyasət Xəbər 12 Noyabr 2026 21:57 (UTC +04:00)
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Baş redaktorun müavini Bütün xəbərlər

Dublin. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub.

Trend-in xüsusi müxbiri xəbər verir ki, söhbət zamanı Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələri nəzərdən keçirildi.

Ölkəmizin Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyində oynadığı rol və bu məsələyə verdiyi töhfə vurğulandı. Bu xüsusda TAP layihəsinin əhəmiyyətinə toxunuldu.

Görüşdə Azərbaycanın Avropaya enerji, xüsusilə qaz ixracının artırılması üçün əlavə imkanların olduğu bildirildi, bu baxımdan Avropa İttifaqının maliyyə və prosedur mexanizmlərinə yenidən baxılmasının vacibliyi vurğulandı.

Xəbər lenti

Xəbər lenti