İran və Oman Hörmüz boğazındakı marşrutlarla bağlı razılığa gəliblər

Dünya xəbərləri Xəbər 11 Noyabr 2026 21:28 (UTC +04:00)
İran və Oman Hörmüz boğazındakı marşrutlarla bağlı razılığa gəliblər

Bakı. Trend:

Tehran və Maskat Hörmüz boğazında gəmiçilik dəhlizi və hərəkətin bölüşdürülməsi sistemi ilə bağlı qarşılıqlı anlaşma əldə ediblər.

Bu barədə İran Məclisinin (birpalatalı parlament) sədri Məhəmməd Baqer Qalibaf Qətərin “Al Jazeera” telekanalına müsahibəsində deyib.

“Biz Omanla Hörmüz boğazında gəmiçilik dəhlizi və hərəkətin bölüşdürülməsi sistemi ilə bağlı qarşılıqlı anlaşma əldə etmişik”, – deyə o bildirib.

Qalibaf həmçinin qeyd edib ki, Hörmüz boğazının statusu “müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq”. Onun sözlərinə görə, bu müddəa əldə olunmuş qarşılıqlı anlaşmanın bir hissəsidir və Tehranın münaqişənin tənzimlənməsi üçün irəli sürdüyü yeddi şərtdən biridir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti