Fransa yeni nəsil hərbi müşahidə peykləri hazırlayacaq

Dünya xəbərləri Xəbər 10 Noyabr 2026 18:54 (UTC +04:00)
Fransa yeni nəsil hərbi müşahidə peykləri hazırlayacaq
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Müdafiə Nazirliyinin Silahlanma üzrə Baş İdarəsi (DGA) yeni nəsil hərbi müşahidə peyklərinin hazırlanmasını “Airbus Defence and Space” və “Thales Alenia Space” şirkətlərinə həvalə edib.

Fransa Silahlı Qüvvələr Nazirliyinin məlumatına görə, dəyəri 1,5 milyard avrodan artıq olan müqavilə çərçivəsində iki IRIS peyki hazırlanacaq. Onların 2035-ci ilədək hazırda istifadə olunan üç CSO peykini əvəz etməsi nəzərdə tutulur.

IRIS (kosmik kəşfiyyat və təsvir sistemləri) proqramı Fransanın kosmosdan optik kəşfiyyat imkanlarının gücləndirilməsini hədəfləyir.

Hazırda istifadə olunan üç CSO peyki 2018, 2020 və 2025-ci illərdə orbitə buraxılıb. Yeni IRIS sistemi Fransaya kosmosdan görüntü əsaslı kəşfiyyat məlumatları əldə etmək imkanını qoruyub saxlamaqla yanaşı, görüntülərin keyfiyyətini və əldə olunma sürətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verəcək.

Fransa Hərbi Hava və Kosmik Qüvvələrinin Kosmik Komandanlığı tərəfindən idarə olunacaq sistem gecə və gündüz, həm görünən işıq, həm də infraqırmızı spektrdə müşahidələr aparacaq.

Peyklər Yer kürəsinin istənilən nöqtəsinin son dərəcə yüksək dəqiqlikli görüntülərini əldə edə, həmçinin kosmik obyektləri müşahidə edərək kosmosda yarana biləcək təhdidləri müəyyənləşdirə biləcək.

Almaniya, Belçika, İspaniya, İtaliya və Yunanıstan da daxil olmaqla, Fransanın səkkiz Avropa tərəfdaşının iştirakına açıq olan proqram çərçivəsində ilk peykin 2033-cü ildə istismara verilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti