Azərbaycanda Aİ-95 istehsalında kəskin geriləmə – Dizel də azalıb

Energetika Xəbər 9 Noyabr 2026 13:53 (UTC +04:00)
Azərbaycanda Aİ-95 istehsalında kəskin geriləmə – Dizel də azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda Aİ-95 markalı avtomobil benzininin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 65,6%, Aİ-92 markalı benzinin istehsalı isə 0,3% azalıb.

Trend bu barədə Dövlət Statistika Komitəsinin məlumatları əsasında hesablama aparıb.

Hesablamaya görə, cari ilin ilk doqquz ayında Azərbaycanda 4,06 min ton Aİ-95 markalı benzin istehsal edilib. Ötən ilin müvafiq dövründə bu göstərici 11,8 min ton təşkil edib. Beləliklə, Aİ-95 benzininin istehsalı illik müqayisədə 7,74 min ton və ya 65,6% azalıb.

Hesabat dövründə istehsal edilən Aİ-95 benzininin hamısı əmtəəlik məhsul kimi qeydə alınıb. Belə ki, əmtəəlik istehsal da 4,06 min ton təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 11,8 min ton olub.

Cari ilin doqquz ayında Aİ-95 benzininin göndərilmə həcmi 5,52 min ton təşkil edib. Hesabat dövrünün sonuna məhsul qalığı isə 0,54 min ton olub.

Aİ-92 markalı benzinin istehsalında isə nisbətən sabit dinamika müşahidə edilib. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 64,47 min ton Aİ-92 markalı benzin istehsal olunub. Ötən ilin eyni dövründə 1 milyon 67,54 min ton məhsul istehsal edildiyini nəzərə alsaq, illik azalma 3,07 min ton və ya 0,3% təşkil edib.

Aİ-92 benzini üzrə əmtəəlik istehsal da 1 milyon 64,47 min ton olub. Bu göstərici ötən ilin müvafiq dövründə qeydə alınan 1 milyon 67,54 min tonla müqayisədə 0,3% azdır.

Bununla yanaşı, hesabat dövründə Aİ-92 benzininin göndərilmə həcmi 1 milyon 88,75 min ton təşkil edib. Dövrün sonuna bu məhsul üzrə qalıq 44,95 min ton səviyyəsində qeydə alınıb.

Dizel yanacağının istehsalında da azalma qeydə alınıb. Belə ki, 2026-cı ilin yanvar-sentyabr aylarında avtomobillər üçün 1 milyon 799,01 min ton dizel yanacağı istehsal edilib. Ötən ilin eyni dövründə bu göstərici 1 milyon 861,91 min ton olub. Nəticədə dizel yanacağının istehsalı illik müqayisədə 62,9 min ton və ya 3,4% azalıb.

Dizel yanacağı üzrə əmtəəlik istehsal 1 milyon 799,01 min ton olub. Eyni zamanda, hesabat dövründə 1 milyon 799,74 min ton dizel yanacağı göndərilib, dövrün sonuna məhsul qalığı isə 137,47 min ton təşkil edib.

Beləliklə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda avtomobil yanacaqları üzrə ən yüksək istehsal həcmi dizel yanacağında qeydə alınıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti