Tramp APEC sammitində Si Cinpin və Putinlə görüşməyi planlaşdırır

Dünya xəbərləri Xəbər 9 Noyabr 2026 08:21 (UTC +04:00)
Tramp APEC sammitində Si Cinpin və Putinlə görüşməyi planlaşdırır

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp gələn həftə Çinin Şenjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində çinli və rusiyalı həmkarları Si Çinpin və Vladimir Putinlə görüşəcəyini düşünür.

Bunu ABŞ lideri Floridanın Vest Palm Biç şəhərində jurnalistlərə açıqlaması zamanı deyib.

“Düşünürəm ki, görüşlərdən biri Prezident Putin və Prezident Si ilə olacaq. Və bu, maraqlı keçəcək. Biz bir çox məsələləri, o cümlədən nüvəsizləşdirməni müzakirə edəcəyik. Amma danışacağımız mövzular çoxdur. Biz İrandakı müharibəni bitirməyə çalışırıq və buna nail oluruq. Çünki tək etməli olduğumuz şey oranın nəfəsliyini kəsməkdir və biz bunu edirik”, - deyə ABŞ Prezidenti qeyd edib.

Tramp ABŞ-nin İranın quru tədarük marşrutlarının qarşısını almağı hədəfləyən “Dəmir Qapı” (Operation Iron Gate) əməliyyatının qüvvədə olduğunu qeyd edib: “Bu o deməkdir ki, quru yolu ilə heç nə daxil olmur. Bildiyiniz kimi, dəniz blokadası vasitəsilə də su yolu ilə heç nəyin daxil olmasına imkan verilmir”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti