Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər (FOTO)

Gündəm Xəbər 8 Noyabr 2026 10:54 (UTC +04:00)
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

8 Noyabr – Zəfər Günü münasibətilə Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Bakıda Zəfər parkındakı abidəni ziyarət ediblər.

Trend-in müxbiri xəbər verir ki, dövlət rəsmiləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla anıblar.

Qeyd edək ki, günün ilk saatlarından etibarən vətəndaşlar da Zəfər parkını ziyarət edərək şəhidlərin xatirəsinə ehtiramlarını bildirirlər.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan çoxsaylı şəhər, qəsəbə və kəndləri azad edib. Noyabrın 8-də Şuşanın azad olunması Azərbaycanın tarixi Qələbəsində həlledici rol oynayıb.

Şuşanın azad edildiyi 8 noyabr tarixi hər il Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.

Xəbər yenilənəcək

Məqalədə:

Xəbər lenti

Xəbər lenti