Azərbaycan və Surinamla əməkdaşlıq edəcək (FOTO)

İqtisadiyyat Xəbər 6 Noyabr 2026 16:19 (UTC +04:00)
Azərbaycan və Surinamla əməkdaşlıq edəcək (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Surinamla ticarət, investisiya, energetika və digər sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Bu barədə Azərbaycanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov Surinam Respublikasının iqtisadi məsələlər, sahibkarlıq və texnoloji innovasiya naziri Endryu Baasaron ilə görüşüb.

Görüşdə ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, energetika, dağ-mədən sənayesi və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Tərəflər sahibkarlığın dəstəklənməsi, texnoloji innovasiyalar və rəqəmsal dövlət xidmətləri üzrə təcrübə mübadiləsi, həmçinin işgüzar dairələr arasında tərəfdaşlığın təşviqi barədə fikir mübadiləsi aparıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti