Bakı. Trend:
Nasdaq fond birjasının əsas indeksi bir ticarət sessiyası ərzində 5%-dən çox azalıb.
Bu barədə ticarət platformasının məlumatlarında bildirilib.
Məlumata görə, Nasdaq indeksi 1 313,42 bənd (5,10%) azalaraq 24 423,09 bəndə düşüb.
Ekspertlər bu geriləməni süni intellekt (Sİ) və məlumat mərkəzlərinin tikintisinə tənqidi yanaşan namizədlərin qalib gəldiyi aralıq seçkilərin nəticələri ilə əlaqələndirirlər.
Texnologiya nəhəngi "Nvidia"nın səhmləri də 8,76% ucuzlaşaraq hər səhm üçün 182,60 dollar təşkil edib.
Nyu-York Fond Birjasının digər əsas indekslərində də azalma qeydə alınıb. Belə ki, "Dow Jones Industrial Average" indeksi 1 779,41 bənd (3,33%), ABŞ-ın ən iri şirkətlərini əhatə edən "S&P 500" indeksi isə 321,70 bənd (4,18%) geriləyib.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-da aralıq seçkilər keçirilib. Seçkilərdə amerikalılar Senatın 100 üzvündən 35-ni, eləcə də Nümayəndələr Palatasının bütün 435 üzvünü seçiblər.
