Niderlandda ölümcül virus qurbanlarının sayı 12-yə çatıb

Dünya xəbərləri Xəbər 5 Noyabr 2026 19:40 (UTC +04:00)
Niderlandda ölümcül virus qurbanlarının sayı 12-yə çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Niderlandda Qərbi Nil virusuna yoluxma nəticəsində ölənlərin sayı son bir həftə ərzində 12-yə çatıb.

Bu barədə "Hart van" Nederland portalı Niderlandın İctimai Səhiyyə və Ətraf Mühit üzrə Milli İnstitutuna (RIVM) istinadən məlumat yayıb.

Bildirilib ki, xəstəlik aşkarlanan daha iki nəfər vəfat edib. Son bir həftə ərzində daha bir yeni yoluxma halı qeydə alınıb və bununla da yoluxanların ümumi sayı 77-yə yüksəlib.

Portalın məlumatına görə, yeni yoluxma halı təsdiqlənən şəxs Cənubi Hollandiya əyalətində aşkarlanıb. Bu əyalət 45 təsdiqlənmiş yoluxma halı ilə ilk sıradadır. Utrext əyalətində 14, Şimali Hollandiya və Şimali Brabant əyalətlərinin hər birində yeddi, Gelderland və Overaysel əyalətlərinin hər birində isə iki yoluxma halı qeydə alınıb.

Yoluxanların əksəriyyətində xəstəlik ciddi simptomlar olmadan keçir. Lakin nadir hallarda qripə bənzər əlamətlər və ya beyin və beyin qişalarının iltihabı da daxil olmaqla, daha ağır fəsadlar yaranır. Sağlamlığı zəif olan insanlarda infeksiya ölümə səbəb ola bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti