2027-ci ildə Azərbaycanda orta aylıq əmək pensiyasının 639 manat təşkil edəcəyi proqnozlaşdırılır.
Bakı. Trend:
Bu, "Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, orta aylıq pensiya məbləği 2026-cı ildə gözlənilən 594,4 manatla müqayisədə təxminən 7,5 faiz artacaq.
Proqnozlara görə, 2027-ci ildə Azərbaycanda əmək pensiyaçılarının ümumi sayının 1 milyon 103,32 min nəfər olacağı gözlənilir.
Onlardan 718,39 min nəfərinin yaşa görə, 246,28 min nəfərinin əlilliyə görə, 138,65 min nəfərinin isə ailə başçısını itirməyə görə pensiya alacağı proqnozlaşdırılır.
Qeyd edək ki, 2027-ci il üzrə pensiya xərclərinin 8 milyard 669,43 milyon manat olacağı nəzərdə tutulub.
