Azərbaycan beynəlxalq təşkilatlara 25 milyon manat üzvlük haqqı ödəyəcək

İqtisadiyyat Xəbər 4 Noyabr 2026 17:53 (UTC +04:00)
Azərbaycan beynəlxalq təşkilatlara 25 milyon manat üzvlük haqqı ödəyəcək
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

2027-ci ildə Azərbaycanın beynəlxalq münasibətlər, xarici yardımlar və xaricdəki ticarət nümayəndələrinin saxlanılması ilə bağlı xərcləri 569,5 milyon manat proqnozlaşdırılır.

Bu barədə 2027-ci ilin büdcə zərfinin layihəsində qeyd olunub.

Sənədə əsasən, bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 20 milyon manat və ya 3,6 faiz çoxdur.

Gələn il nəzərdə tutulan vəsaitin 230 milyon manatı Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılmasına yönəldiləcək. Bu məqsədlə ayrılacaq vəsait 2026-cı illə müqayisədə 15 milyon manat və ya 7 faiz çoxdur.

Bundan başqa, beynəlxalq və regional təşkilatlara üzvlük haqları üçün 25 milyon manat, beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər üçün 7 milyon manat vəsait nəzərdə tutulub.

Beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinə 224 milyon manat, beynəlxalq maliyyə-kredit təşkilatlarına üzvlük haqlarının ödənilməsinə 42,5 milyon manat ayrılması proqnozlaşdırılır.

Eyni zamanda, xarici yardımların göstərilməsi və Azərbaycanın xaricdəki ticarət nümayəndələrinin saxlanılması ilə bağlı xərclər üçün 41 milyon manat vəsait nəzərdə tutulub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti